Fransada prezident seçkilərinin ikinci turuna start verilib
06 may 2012 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə saat 11.00) açılıb.
Prezident kürsüsü uğrunda sosialistlərin namizədi Fransua Olland və hazırkı prezident, sağ mərkəzçilərin namizədi Nikola Sarkozi mübarizə aparır.
İlk turda Olland rəqibini 1,5 faiz səslə qabaqlayaraq 28,6 faiz səs toplayıb. İkinci tur ərəfəsində keçirilən sorğuların nəticələrinə görə də, sosialistlərin qalib gələcəyi proqnozlaşdırılır. Olland sorğuda 53, Sarkozi isə 47 faiz səs toplayıb.
Fransanın 43 milyon vətəndaşı səsvermə hüququna malikdir.
Səsvermə yerli vaxtla 20.00-da başa çatacaq. İlkin nəticələr də səsvermə bitdikdən sonra məlum olacaq.

Avropa
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
20:21
4 oktyabr 2024
İspaniya döyüş təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
17:34
4 oktyabr 2024
Hakan Fidan TDT-yə üzv ölkələrin XİN başçılarının müavinləri ilə görüşüb
16:48
4 oktyabr 2024
Britaniya Livana yardım üçün əlavə 13 milyon dollar ayırıb
12:59
4 oktyabr 2024