Azərbaycanın “Eurovision-2013” təmsilçisi Fərid Məmmədov ilk təəssüratlarını bölüşüb - FOTO

Azərbaycanın “Eurovision-2013” təmsilçisi Fərid Məmmədov ilk təəssüratlarını bölüşüb - <span style="color: red;">FOTO
# 14 mart 2013 20:47 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Azərbaycanı “Eurovision-2013” mahnı müsabiqəsində təmsil edəcək finalçı Fərid Məmmədov məlum olduqdan sonra münsiflər heyəti və jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransını açıq elan edən İctimai televiziyanın İctimai əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov çıxış edərək bildirib ki, seçimlərə 130 iştirakçı qatılıb və onların arasında 80 iştirakçı seçilərək yarımfinalda iştirak etmək hüququ qazanıb.

Mətbuat konfransında iştirak edən Fərid Məmmədov ilk təəssüratlarını bölüşüb: “Çox sevinirəm. Mənim üzərimdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Çox həyəcanlıyam“.

Daha sonra çıxış edən münsif, xalq artisti Zülfiyyə Xanbabayeva F. Məmmədova öz təbriklərini ünvanlayıb: “Fəridin həm oxumağı, həm də mahnı seçimi çox uğurlu idi. Fəridin səsində bir millilik hiss etdim. Ümid edirəm ölkəmizi layiqincə təmsil edəcək”.

Əməkdar artisti Rəşad Haşımov da Fərid Məmmədovun layiqli təmsilçi olduğunu bildirib: “Fərid uğurlu seçim oldu. Ola bilsin ki, Fəridin duet ortağı da olsun. Onun özünə duet ortağı seçmək şansı var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR