AMOR fəalları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları 20 yanvar şəhidlərinin xatirəsini yad ediblər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR fəalları Azərbaycanın Rusiyadakı səfirliyinin binası önünə gül dəstələri düzüblər.

 

AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərə öz xalqının tarixinə laqeyd yanaşmadığına görə, təşəkkürünü bildirib: "20 Yanvar tarixi bizim ölkəmizin tarixində və hər birimizdə qanlı iz qoyub. 27 il keçməsinə baxmayaraq biz, azadlığımız naminə öz canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirik".

 

AMOR nümayəndəsi xaricdə yaşayan hər bir azərbaycanlının vətənimizin müstəqilliyi uğrunda həlak olan insanların xatirəsini yad etməyə borclu olduğunu vurğulayıb: "Bizim gənclər Azərbaycan xalqını birləşdirən yaddaş tarixini heç bir zaman unutmamalıdırlar. Bu gün bizim gəncliyin qarşısında böyük və məsuliyyətli vəzifə durur. Bu vəzifə Ali Baş Komandanın, Azərbaycan prezidenti İlham Əliyevin vətəni qorumaq və torpaqlarımızı işğaldan azad etməklə bağlı əmrinə hazır olmaqdır".  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ