Azərbaycanın Litvadakı səfirliyində mədəniyyət axşamı keçirilib

Azərbaycanın Litvadakı səfirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Azərbaycanlı Gəncləri Təşkilatı (AYOL) tərəfindən səfirliyin ziyafət zalında mədəniyyət axşamı keçirilib.

 

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və qrupun üzvləri, seym sədrinin xarici siyasət üzrə müşaviri Kəstutis Kudzmanas, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, Litva XİN-in əməkdaşları, Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, KİV rəhbərləri və nümayəndələri, Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvada təhsil alan azərbaycanlı tələbələr keçmiş Novruz bayramı, Litvalı qonaqları isə qarşıdan gələn Pasxa bayramı ilə bağlı təbrik etdikdən sonra ölkəmizdə mədəniyyət sahəsində görülən işlər barədə qısa məlumat verib. Azərbaycan-Litva əlaqələrin inkişaf etdiyini qeyd edən səfir yaxın zamanlarda Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanmasının gözlənildiyini bildirib.

 

Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik  Azərbaycan xalqını keçmiş bayram münasibətilə təbrik edib və rəhbərlik etdiyi qrupun Azərbaycanla parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

 

Daha sonra qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan haqqında tanıtım çarxı nümayiş olunub və ziyafət verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ