Məhkəmə: Donbas döyüşçüləri ilə dalaşan qrupa azərbaycanlının rəhbərlik etdiyini yalnız istintaq müəyyənləşdirə bilər

mehkeme donbas doyusculeri ile dalasan qrupa azerbaycanlinin rehberlik etdiyini yalniz istintaq mueyyenlesdire biler

Ukraynanın Dnepr şəhərində 9 may münasibəti ilə keçirilən paradda baş vermiş kütləvi dava ilə əlaqədar saxlanılan 9 nəfər arasında əslən Azərbaycanın Cəbrayıl rayonundan olan Natiq Mustafayev adlı şəxs də var.
 

Dnepropetrovsk vilayəti Babuşkin rayon məhkəməsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Ukrayna daxili işlər naziri Arsen Avakovun "Facebook"dakı rəsmi səhifəsində N. Mustafayevi Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edən qrupun rəhbəri kimi təqdim etməsinə gəlincə, məhkəmədən bildirilib ki, bu barədə yalnız istintaq yekunlaşdıqdan sonra konkret danışmaq mümkün olacaq. 
 

Qeyd edək ki, mayın 9-da Dneprdə faşizm üzərində qələbənin 72-ci ildönümü ilə bağlı keçirilən bayram şənliyində bir qrup şəxs Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edib, nəticədə kütləvi dava olub. Bunun ardınca Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov istintaq başlamadan hücumda iştirak edən qrupun rəhbərinin Dnepr şəhərinin sakini, əvvəl məhkum olunmuş Natiq Mustafayevin olduğunu yazıb. 
 

N. Mustafayevin atası Namiq Mustafayev əslən Cəbrayıl rayonundan, anası isə ukraynalıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ