Britaniya parlamentində “Xocalı Sülh Mükafatı”nın təqdimatı olub

Böyük Britaniya Parlamentinin tarixi “Strangers’ Dining Room” zalında 100-dən artıq beynəlmiləl auditoriya qarşısında “Xocalı Sülh Mükafatı”nın təqdimatı olub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki, müsabiqəyə daxil olmuş 70-dən artıq rəsm əsərləri arasından seçim edən münsiflər heyətinin üzvləri Baronessa Sayeeda Varsi, Baronessa Zahida Manzur, Böyük Britaniya - Azərbaycan Parlamentəlrarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman, Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva və Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetterdir.

Tədbirdə çıxış edən Baronessa Zahida Manzur bildirib ki, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri ilə birlikdə Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ regionundan məcburi köçkünlərlə görüşüb: “Onların kədərli hekayələrini dinləmək çox ağır idi. Onların yaşadıqları terrordan başqa burada ümid, sevgi və ahəng vardı. Burada sərgilənən rəsm əsərlərində müəyyən dərəcədə ümid elementi var. Bəzilərində sülh və sevgi görə bilərsiniz. Digərlərində çarəsizlik və kədərlə dolu gözlər görə bilərsiniz. Bəzilərində isə sülh göyərçininin qanadları var. Ona görə ki, biz hamımız eyni bəşəri hissləri bölüşürük və irəli getməyə çalışırıq. İncəsənət sahəsində “Xocalı Sülh Mükafatı” nın qaliblərini müəyyən etmək çox çətin idi.  Bütün əsərlər münaqişənin həll olunmasına və sülhə ehtiyacın olduğunu göstərirdi”.

Mükafatçıları Baronessa Sayeeda Varsi elan edib. Birinci mükafatı Norveç İncəsənət Universitetinin tələbəsi britaniyalı Luisa Marriottun “Hərəkətin əmin-amanlığı” (Tranquillity of Movement) adlı rəsm əsəri layiq görülüb. 

Xocalı Sülh Mükafatı 2017

Birinci mükafat – “Hərəkətin əmin-amanlığı” (Tranquillity of Movement) Luisa Marriott
İkinci mükafat – “Səhər” (In The Morning) Tae Eun Ahn
Üçüncü mükafat – “Batmayın” (Don’t Be Submerged) Ming Ying
Yüksək təqdir – “Mənə qaçqın deməyin” (Please Don’t Call Me Refugee) Keti Şevlin

Qeyd edək ki, Azərbaycan tərəfinin sülhməramlı addımları ötən ildən etibarən incəsənət sahəsində təqdim olunan “Xocalı Sülh Mükafatı” üçün də katalizator olub. Bu faciənin dəhşətlərini incəsənət vasitəsi ilə çatdırmaq məqsədi daşıyan mükafat “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Bu mükafat Böyük Britaniyada yaşayan və incəsənət sahəsində təhsil alan tələbələrin yaradıcılığını istiqamətləndirməkdə davam edir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ