Əflatun Amaşov Brüsseldə “Xocalıya ədalət” mitinqində iştirak edib

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Brüsseldə, Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan  Avropa Komissiyasının qərargahı önündə “Xocalıya ədalət!” şüarı altında keçirilmiş mitinqdə iştirak edib.

 

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitinqdə Ə.Amaşov bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb.

 

Ə.Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, qeyd edib ki, ermənilər uzun illərdir qondarma “erməni soyqırımı” iddiası ilə dünya gündəmini işğal ediblər: “Bu bir gerçəklikdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini edir. Buna qarşı əks təbliğatın aparılması zəruridir. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması mütləqdir”.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Azərbaycan dövlətinin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı məqsədyönlü və ardıcıl işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib. Bu işdə xaricdəki səfirliklərimiz və diaspor təşkilatlarımızın də üzərinə mühüm missiya düşür. Qafar Əliyev onu da bildirib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir.

 

MŞ İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl çıxışında bildirib ki, dünya Xocalı həqiqətləri barədə müfəssəl məlumata malik olmalıdır. Dünya anlamalıdır ki, XX əsrdə törədilmiş bu dəhşətə laqeyd münasibət, günahkarların cəzasız qalması ümumən bəşəriyyət üçün böyük təhdidlərə yol açan mənzərə formalaşdırır.

 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında Xocalı soyqırımının beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının yetərincə hüquqi əsaslarının olduğunu diqqətə çatdırıb. Mövcud istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin faydalı nəticələr verdiyini deyən E.Mirzəbəyli müxtəlif diaspor və lobbi təşkilatlarımızın, ictimai bilriklərimizin prosesə dəstək anlamında reallaşdırdığı tədbirlərin də vacibliyini qabardıb.

 

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd edib: “Bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb”.

 

Mitinqdə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin iştirak ediblər.

 

Qeyd edək ki, Ə.Amaşov fevralın 22-dən 28-dək Belçikada səfərdədir. Səfərin ilk günündə o, Genk şəhərində “Xocalı soyqırımı – 25 il” adlı fotosərgidə iştirak edib. MŞ sədri Genk şəhərində həmçinin “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda toplantıya qatılıb. 

 

Deputat fevralın 23-də Belçika parlamentinin üzvləri - Vəli Yüksəllə, Şevket Temizlə, Hasab Köyuncu və senator Bridjit Qrousvellə görüşüb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ