Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

ukraynada azerbaycanli is adami itkin dusub

Ukraynanın Luqansk vilayətində azərbaycanlı iş adamı itkin düşüb. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.

 

İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

 

Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk Ukraynanın nəzarətindədir.

Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ