Ukraynada türkdilli ölkələrin diaspor təşkilatlarının birgə toplantısı keçirilib

Kiyevdə Ukraynadakı türkdilli ölkələrin - Diaspor Regional Mərkəzi İcra Komitəsinin yığıncağı keçirilib.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan APA-ya verilən məlumata görə, toplantıya Türkdilli Ölkələrin Əəməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov sədrlik edib. Şuranın Kiyev Regional Mərkəzində keçirilən toplantıya Ukraynadakı Azərbaycan, Qazaxıstan, Qırğızıstan diasporları və Türkiyə səfirliyinin nümayəndələri, Türkiyənin Xaricdəki türklər və qohum topluluqlar təşkilatının təmsilçiləri qatılıb.

 

R. Həsənov Şuranın  fəaliyyəti və diaspor sahəsində bu günə qədər görülən işlərdən danışıb. Ukrayna Azərbaycanlıları  Birləşmiş Diasporunun rəhbəri, Türk Şurasının Kiyev Regional Mərkəzinin koordinatoru Hikmət Cavadov, "Dostuk" Qazax Mədəniyyət Mərkəzinin rəhbəri Danil Ayazbayev, Qırğızıstan diasporunun rəhbəri Şerali Janaliev və Türkiyə Cümhuriyyətinin Kiyevdəki səfirliyinin nümayəndəsi Mehmet Aktaş diasporlar arasındakı əlaqələrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, 2014-cü ilin dekabrın 24-də yaradılan Türk Şurasının Kiyev Regional Mərkəzinin koordinatoru vəzifəsinə ölkələrin əlifba sırası ilə Azərbaycanın diaspor rəhbəri Hikmət Cavadov rəhbər təyin olunub. H. Cavadovun səlahiyyət müddəti iki il olub və bu gün o, koordinatorluğu Qazax Mədəniyyət Mərkəzinin rəhbəri D. Ayazbayevə təhvil verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ