Kölndə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib

Fevral ayının 18-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub. 

 

Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasının təmsilçilərindən ibarət 250-nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətinə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaqdır.

 

Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırım aktlarının törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.

 

Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır ki Azərbaycan torpaqlarının işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, on minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq qəti və ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi təmin edilməlidir: "Çıxış edənlər eyni zamanda vurğulayıblar ki, bu gün Azərbaycan 90-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir - güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarının işğalçılardan azad etməyə hazırdır. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir, regionun lider dövləti kimi dünyada qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətini birmənalı şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıblar" -  deyə, məlumatda bildirilir. 

 

Etiraz aksiyasında çıxış edən həmvətənlərimiz Xocalı soyqırımının tarixdə analoquna az rast gəlinən dəhşətli bir cinayət aktı olduğunu qeyd ediblər. Bildirilib ki, müasir dünyanın bu cür soyqırımlara, terror və soyqırım aktlarına laqeyd qalması, öz etiraz səsini qaldırmaması insanların daha təhlükəsiz və sabit bir dünyada yaşamaq ümidlərini azaldır.

 

Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 16 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub
    Su borusunun partlaması Binəqədi-Novxanı avtomobil yolunda ç...
  • sahdeniz yatagindan gurcustana qaz neqli dayandirilib
    “Şahdəniz” yatağından Gürcüstana qaz nəqli dayandırılıb...
sahdeniz yatagindan gurcustana qaz neqli dayandirilib sahdeniz yatagindan gurcustana qaz neqli dayandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9972
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ