Komitə sədri: “Azərbaycan diasporu bir çox məqamlarda erməni lobbisini üstələyir”

Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin və akademik  Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

 

APA-nın xəbərinə görə, məzarlar önünə əklil qoyulub.

 

Komitə sədri Nazim İbrahimov əsası Heydər Əliyev tərəfindən qoyulan Həmrəylik Günü ilə bağlı fikirlərini bildirərək “Bu günü hər il görülən işlər barədə Heydər Əliyevin ruhu qarşısında hesabat verərək qeyd edirik”, -  deyə bildirib.

 

N. İbrahimov qeyd edib ki, dünya azərbaycanlılarının koordinasiya mərkəzlərinin yaradılması davam edir və bu, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqətindədir: “Hətta bununla bağlı Azərbaycan dövləti tərəfindən geniş maliyyə imkanları da yaradılıb. Biz prezidentin tapşırığı əsasında dünyadakı diaspor təşkilatlarımıza bu və digər aspektlərdə dəstək veririk.

 

Belə fəaliyyət nəticəsində artıq Azərbaycan diasporu nəinki erməni lobbisinə layiqli cavab verir, bir çox yerlərdə onları üstələyərək qabağa gedir”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ