Los Ancelesdə Azərbaycan haqqında sənədli filmlərdən ibarət disklər toplusu buraxılıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los Ancelesdə Azərbaycana dair sənədli filmlərdən hazırlanmış DVD disklər toplusu buraxılıb.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə,

nəfis şəkildə tərtib olunmuş “Azərbaycan İnciləri” adlı topluya 5 sənədli film daxildir. Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti, ABŞ-da ətraf mühit və turizmlə bağlı televiziya və radio proqramlarının hazırlanması ilə tanınmaqdadır.

 

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.

 

DVD disklər toplusunda istifadə olunan filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətilə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana güclü maraq və rəğbət hissi oyada bilir.    

 

 

Disklər toplusunun ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.

 

Topluda istifadə olunan filmlər AR Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə hazılanaraq, bu il tamaşaçıların ixtiyarına verilib. Filmlərin çəkilməsi məqsədilə ECONEWS şirkətinin rəhbəri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın digər guşələrində səfərdə olub.

 

Sözügedən filmlər artıq Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ