Ukraynada azərbaycanlı iş adamına və övladlarına yaşadıqları şəhəri tərk etməyə icazə vermirlər

ukraynada azerbaycanli is adamina ve ovladlarina yasadiqlari seheri terk etmeye icaze vermirler

Ukraynanın Krasnıy Luç şəhərində Azərbaycan vətəndaşları olan iş adamı və övladları şəhərdən buraxılmır.

 

Yevlax rayonundan olan, 1970-ci il təvəllüdlü Knyaz Məmmədov APA-ya bildirib ki, yerli hərbçilər ailə üzvlərinə yaşadıqları şəhərdən çıxmağa icazə vermirlər.

 

Luqansk vilayətində uzun müddət geniş biznes fəaliyyəti ilə məşğul olan K. Məmmədov bildirib ki, o, övladları ilə mühasirə şəraitində yaşayır: “İki qızımı və oğlumu uzun zamandır anasız özüm saxlayıram. Hamımız Azərbaycan vətəndaşıyıq. Bir ildir ki, oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. O vətənə hərbi xidmətə yollanmaq istəsə də, bizi buradan buraxmırlar. Səbəb kimi göstərirlər ki, yerli hökumətin verdiyi pasportlarımız yoxdur. Mən artıq bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm. Mənə bildiriblər ki, səfirliyə yaxınlaşmalısınız. Şəhərdə blokadadan çıxa bilmirəmsə, necə səfirliyə yaxınlaşmaq üçün Kiyevə gedə bilərəm? Artıq bizi yaşadığımız yerdən bir addım belə kənara çıxmağa qoymurlar”.

 

İş adamı aidiyyəti qurumlardan kömək istədiyini bildirib.

 

Qeyd edək ki, Krasnıy Luç şəhəri tanınmayan “Luqansk Xalq Respublikasının” nəzarətindədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ