Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş fotosərgi açılıb

Parisdə 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərginin rəsmi açılışı olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, sərgini Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evi birgə təşkil edib. Açılış mərasiminə Fransa Parlamentinin və Senatın üzvləri, fransız jurnalistləri, iş adamları və diaspor nümayəndələri qatılıblar.

 

Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib.

 

Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və tarixi barədə danışıb, bu günün ölkə üçün əhəmiyyətini vurğulayıb. 


Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jean François Mansel isə Azərbaycan və Fransanın dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını qeyd edib.

 

Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir. Sərgi mayın 31-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ