Ukrayna prezidenti azərbaycanlı zabiti ordenlə təltif edib

ukrayna prezidenti azerbaycanli zabiti ordenle teltif edib

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlı zabit, leytenant Roman Balağa oğlu Baxşıyevi mükafatlandırıb.

 

Ailəsindən APA-ya verilən məlumata görə, azərbaycanlı zabit Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif edilib. P. Poroşenko ötən gün bununla bağlı sərəncam imzalayıb.

 

Əslən Azərbaycanın Lənkəran rayonundan olan Ukrayna vətəndaşı R. Baxşıyev 1979-cu ildə Rusiyanın Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində doğulub. 1988-ci ildə Bakıya köçüb. Yüngül atletika üzrə idman ustasıdır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, həqiqi hərbi xidmət keçib və 6 il əvvəl Ukraynaya köçərək oranın vətəndaşlığını qəbul edib. R. Baxşıyev Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb, leytenant rütbəsi alıb. O, separatçılara qarşı döyüşlərdə iştirak edib və hazırda orduda xidmətə davam edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 16 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bir qrup herbci sehid mayorun ailesine bas cekib
    Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib
  • su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub
    Su borusunun partlaması Binəqədi-Novxanı avtomobil yolunda ç...
su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9972
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ