Qəbələdə eks dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq tədbir başa çatıb

Qəbələdə eks dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən X Ali Səviyyəli Toplantı işini yekunlaşdırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 9-da işə başlayan X Ali səviyyəli toplantı bu gün işini panel iclaslarla davam etdirib.

 

“Terrorizm və müasir dövrün qlobal çağırışları” mövzusuna həsr edilmiş panel iclası Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Səragəldinin moderatorluğu ilə baş tutub. İclasda Polşanın sabiq prezidenti Aleksandr Kvasnievski, Albaniyanın sabiq prezidenti Rexep Meydani, Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah, çıxış ediblər.

 

Terrorizm anlayışına toxunan İsmayıl Səragəldin bildirib ki, hər ölkə bu məsələylə fərdi qaydada məşğul olmalıdır. İ.Səragəldin Latın Amerikasında transmilli cinayət, zorakı ekstremizm və digər məsələlələrə də toxunub.

 

Polşanın sabiq prezidenti Aleksandr Kvasnievski dünyadakı qlobal çağırışlara diqqət yetirməyin zəruriliyini vurğulayıb. Albaniyanın sabiq prezidenti Rexep Meydani çıxışında iqlim dəyişikliyi, içməli su çatışmazlığı, təbii ehtiyatların tükənməsi və demoqrafik partlayışın insanlara təsirindən danışıb, eyni zamanda enerji problemi, qadınların statusu kimi məsələlərə də toxunub.

 

Daha sonra terrorizmlə mübarizə, hüquqların təsisatına həsr olunan panel iclası keçirilib. İclasın moderatoru, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdzija bildirib ki, texnologiyadan indi tarixin istənilən dövründən daha çox istifadə olunur.

Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib, əsas insan hüquqlarının qorunması və terrorizmlə mübarizə yollarından bəhs edib: “Terrorizm hər zaman bəşər tarixinin qaranlıq tərəfi olub. Sosial inkişafı, sülhü ləngidib. Dövlətlərin vəzifəsi vətəndaşlarını ciddi müdafiə etməkdir. Terrorizmlə mübarizədə heç bir məhdudiyyət olmamalıdır”.

O, terrorizmin iki növü növü olduğunu bildirib: yeni və köhnə terrorizm : “Köhnə terrorizm lokal xarakter daşıyırdı. Yeni terrorizm isə texnologiyanın sürətli inkişafı ilə əlaqədar olaraq daha qlobal xarakter alıb. İnsanların təhlükəsizlik və azadlığı indi daha çox təhdidə məruz qalır. Beynəlxalq hüquq səviyyəsində tədbirlər gücləndirilməlidir”.

 

Latviyanın sabiq prezidenti Valdes Zatlers isə çıxışında bildirib ki, terrorizm dünyanın müxtəlif yerlərində müxtəlif cür özünü biruzə verir. Xüsusilə də kiber terrorizm dünyanın hər bir nöqtəsində hökm sürür. İnsanların şəxsi məlumatları toplanır, şəxsi təhlükəsizlik təhdid altına düşür.

 

Uruqavayın sabiq prezidenti Luis Alberta Lakale də çıxışında terrorizm haqqında danışıb. “Terrorist həmişə silahdan istifadə etmir. İnsanlarda qorxu yaratmaq da terrorizmdir. Mədəni yolla da terror baş verir. Din çətiri altında da terror həyata keçirilir . Biz real addımlar atmalıyıq. Həmçinin dünyaya göstərməliyik ki, müsəlmanlar terrorçu deyil".

“Terrorizm və mütəşəkkil cinayətkarlıq” mövzusuna keçirilən panel iclasda Latviyanın sabi qprezidenti, NGBM həmsədri Vayra Vike Frayberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Moldovanın sabiq prezidenti Petru Luçinski, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış ediblər.

Serbiyanın sabiq prezidenti Boris Tadiç terrorizmin qurbanı olan dövlətlərdən danışaraq bildirib ki, keçmişə baxsaq görərik ki, bəzi dövlət başçıları terror vasitəsilə öldürülüb. O, narkotik alverinin bugünkü terrorun bir hissəsi olduğunu, bəzi dövlətlərin bu cinayətkarlıqa mübarizə aparmaq iqtidarında olmadığını diqqətə çatdırıb.

 

Moldovanın sabiq prezidenti Petru Luçinski çıxışında deyib ki, SSRİ dağılandan sonra dünyanın siyasi xəritəsinin dəyişilməsinin də terrorizm və mütəşəkkil cinayətkalığa təsiri oldu: “Bəzi qüvvələr yaranmış vəziyyətdən istifadə etdi”.

 

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin terror qruplarının meydana gəlmə səbəbinin sosial problemlərdən, bərabərsizlikdən, zəif iqtisadiyyatdan irəli gəldiyini, həmçinin, texnoloji inkişafın da terrorizmin inkişafına yol açdığını bildirib.

Bunula da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli Toplantı işini yekunlaşdırıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ