Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına azərbaycanlı ekspert təyin olunub

Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev millətlərarası münasibətlər üzrə prezident Şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib.

 

A. Mürsəliyev Millətlərlə iş üzrə Federal Agentliyin Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyası ilə birgə keçirdiyi iclasda iştirak edib. İclas iştirakçıları "Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni adaptasiyası və inteqrasiyasi haqqında" federal qanunun hazırlanmasının gedişatını müzakirə ediblər.

 

Qeyd edək ki, Rusiya Federasiyası prezidenti yanında Millətlərarası münasibətlər Şurası məsləhətçi orqandır. Bu qurum federal və regional hakimiyyət orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətini təmin etmək üçün yaradılıb.

 

Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A. Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ