Səfir: “Erməni diasporu Ukraynada çox fəallaşıb”

sefir ermeni diasporu ukraynada cox feallasib

“Son vaxtlar erməni diasporu Ukraynada çox aktivləşib və bu, bizim üçün bir siqnaldır”. APA-nın məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu gün Kiyevdə “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda keçirilən Ümumukrayna Azərbaycanlılarının IV Forumunda bildirib.

 

Ermənilərin Ukrayna ictimai-siyasi həyatında son vaxtlar aktiv olduğunu deyən səfir bildirib ki, onda olan məlumata görə, erməni diasporu artıq Ukraynada Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, pərakəndə olması barədə təbliğat aparır: “Ermənilərin azərbaycanlılardan aktiv olması bizim üçün bir siqnal olmalıdır. Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, dağınıq olması təbliğatı bizi narahat etməlidir və nəhayət birlik əldə olunmalıdır. Biz səfirlik olaraq bu yöndə istənilən dəstəyi verməyə hazırıq”.

 

Səfir, həmçinin çıxışında Ukraynada Azərbaycan diasporunun vahid təşkilatda birləşməsini təklif edib.

 

Səfir Azər Xudiyev qeyd edib ki, Ukraynada təşkilatların ayrı-ayrılıqda, pərakəndə fəaliyyət göstərməsindənsə birlikdə, vahid təşkilatda fəaliyyət göstərmək istər Ukraynada Azərbaycan lobbisinin qüvvətlənməsi, istərsə də problemləri aradan qaldırmaq baxımından zəruridir.

 

Səfir forumun təşkilatçısı olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadova və təşkilatın İdarə Heyətinə təklif edib ki, bununla bağlı təşəbbüs qrupu yaratsınlar, qısa vaxt ərzində qərar versinlər: “Bizə də maraqlıdır ki, Ukraynadakı azərbaycanlılar pərakəndə halda olmasınlar, vahid təşkilatda cəmləşsinlər. Forumda çoxsaylı azərbaycanlı ziyalıları görürəm, ümid edirəm ki, onların bizim təşəbbüsə maraqlı töhfələri olacaq”. 

 

Qeyd edək ki, forum Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən təşkil olunub və tədbirə ölkə üzrə fəaliyyət göstərən Azərbaycan təşkilatları qatılıb. Forumun işi onlayn yayımlanır. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ