İzmitdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı keçirilib

izmitde turkiye azerbaycan dernekleri federasiyasinin qurultayi kecirilib

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki qurultayı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edib.

 

TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli  istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib. O, iki qardaş dövlətin münasibətlərinin tarixinə toxunaraq, qeyd edib ki, 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müstəsna xidmətləri, eləcə də Çanaqqala savaşında Azərbaycandan Türkiyəyə gələn minlərlə könüllünün iştirak edərək qəhrəmancasına şəhid olması bu qardaşlığın bariz nümunəsidir.

 

TADEF sədri Federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb. B. Dündar həmçinin “Kocaeli" qəzetinin hər il təşkil etdiyi "Zirvədəkilər" mükafatının 2012-ci İlin Qeyri Hökumət Təşkilatı nominasiyasında qalibi seçilməyi TADEF-in fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib. Təşkilat rəhbəri Kocaelidə təhsil alan bir qrup azərbaycanlı tələbəyə təqaüdün ayrılmasına nail olduqlarını və bunun davam etdiriləcəyini bildirib.

 

Səsvermə əsasında İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, B. Dündar növbəti müddət üçün Federasiyanın rəhbəri seçilib. Sonda qurultay iştirakçıları adından Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ