ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib

uak rusiya ali mehkemesinin qerarindan apelyasiya sikayeti verib

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. APA-nın Moskva müxbiri xəbər verir ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin təşkilatın qeydiyyatının ləğv edilməsi ilə bağlı 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına şikayət verib.

 

Qeyd edək ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar çıxarıb. Qərara əsasən, ÜAK-ın qeydiyyatı ləğv olunub.

 

Ədliyyə Nazirliyindən bir müddət əvvəl APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

 

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

 

ÜAK prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib.

 

ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidenti Vladimir Putinə və baş naziri Dmitri Medvedevə müraciət edib.

 

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ