“Uydurma “erməni soyqırımı”: Ermənilərin ciddi cəhdlərinin xeyli aşağı nəticə verdiyini görürük” - Şükrü Ələkdağ APA-ya yazır

uydurma ermeni soyqirimi ermenilerin ciddi cehdlerinin xeyli asagi netice verdiyini goruruk sukru elekdag apa ya yazir

Qısa arayış: 29 sentyabr 1924-cü ildə İstanbulda anadan olan Şükrü Ələkdağ, Qalatasaray liseyini bitirəndən sonra İstanbul Yüksək iqtisad və ticarət məktəbində oxuyub. Fransa hökumətinin təqaüdü ilə Paris Universitetinin hüquq və iqtisadi elmlər fakültəsində doktorluq dissertasiyası müdafiə edib. Vaşinqtonda səfir ikən “ABŞ Konqresini təsiri altına alıb “soyqırım” qərarı qəbul etməyə əngəl törətdiyinə görə”  erməni və yunan lobbisi tərəfindən Dövlət Departamentinə şikayət edilərək ölkədən deportasiyası tələb edilib. Son 20 ildə “soyqırım” iddialarına qarşı beynəlxalq arenada Türkiyənin mövqeyini çatdırıb.

 

O, Türkiyə Xarici İşlər Nazirliyi icra aparatının keçmiş rəhbəri, Türkiyənin Vaşinqtondakı sabiq səfiri (1979-89), Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili (2002-2007; 2007-2011) olub.

 

Türk diplomatiyasının duayenlərindən olan Şükrü Ələkdağın xüsusi olaraq APA üçün hazırladığı məqaləni təqdim edirik.

 

Ümumi dəyərləndirmə

 

Ermənistan və diasporu “soyqırım” kimi xarakterizə etdikləri hadisələrin 100-cü ildönümü çərçivəsində planlaşdırdıqları çoxşaxəli tədbirlərlə “soyqırım” məsələsini dünyaya qəbul etdirməyi hədəfləmişdi. ”Soyqırım” iddiasını dəstəkləyən ölkələrin sayını artırmağı nəzərdə tutan kampaniyalar bu il kəmiyyət etibarı ilə zirvəyə çatsa da, bu məqsəd üçün göstərdikləri ciddi-cəhdlərin, indiyə qədərki proseslər işığında gözləntilərindən xeyli aşağıda bir nəticə verdiyini görürük.

 

Özünü Türkiyə ilə bir əsrdən bəri fasiləsiz savaşın içində görən və bütün imkanlarını bu məqsədə sərf edən erməni tərəfi, əhatəli, sistemli və planlı çalışmalar sayəsində əsassız, sübutsuz və şişirilmiş zərərdidəliklərinin beynəlxalq miqyasda qəbul edilməsində müəyyən qədər məsafə qət etsə də, son hədəfdən hələ ki, uzaqdadır. Ona görə Türkiyə yubanmadan təsirli, şüurlu və yaradıcı bir milli strategiya ilə bunun daxildə və xaricdəki infrastrukturunu yaradıb beyin gücündən bu məqsədlə ən məhsuldar şəkildə istifadə etdiyi təqdirdə, yapacağı həmlələrlə erməni tərəfinin indilik beynəlxalq arenada əldə etdiyi mənəvi və siyasi üstünlüyü öz lehinə çevirmə imkanına yiyələnə bilər. Bu təhlilimiz aşağıdakı fikir və həqiqətlərə söykənməkdədir:

 

Erməni tərəfinin son vaxtlarda əldə etdikləri

 

Katolik dünyasının ruhani lideri Papa Fransesconun 14 apreldə 1915-ci il hadisələrinin 100-cü ilini anmaq üçün Vatikanda keçirilən ayində “XX əsrin ilk soyqırımının erməni xalqına qarşı yapıldığını” söyləməsindən sonra Avropa Parlamenti 1987-ci ildə qəbul etdiyi qərara söykənərək etdiyi müraciətlə Avropa Birliyi ölkələrini 1915-ci ildə baş vermiş hadisələri “soyqırım” kimi tanımağa çağırdı. Bunun ardınca Çexiya, Avstriya və Bolqarıstan parlamentlərinin qəbul etdikləri “soyqırım” qərarları gəldi. Bu şəkildə “erməni soyqırımı”nı qəbul edən parlamentlərin sayı 24-ə çatdı.

 

Rusiya lideri Putinlə Fransa prezidenti Hollande birbaşa İrəvandakı 24 apreli anma mərasimlərində iştirak edərək, ermənilərin mövqeyinə açıq dəstək verdilər. Ancaq bu çərçivədə həyata keçirilən tədbirlərin, beynəlxalq miqyasdakı əks-sədaları nöqteyi-nəzərindən gözləndiyi ölçüdə canlı olduğu deyilə bilməz.

 

Almaniya prezidenti Gauck 23 apreldə “Berliner Dom” kilsəsində Almaniyadakı kilsələrin müştərək şəkildə təşkil etdiyi “Ermənilərə, suryanilərə, pontus-rumlarına qarşı həyata keçirilən soyqırımı anma mərasimi”ndəki çıxışında ermənilərin “soyqırım” qurbanı olduqlarını vurğulayandan sonra “ermənilər bu planlı və cinayətkar işlərə yalnız bir səbəbdən məruz qaldılar: erməni olduqlarına görə. Buna oxşayan şey eyni taleyi bölüşən pontus rumlarını, assurları və süryaniləri də vurdu”- demişdir. “Soyqırım” liqasında yer tutan Almaniyanın bu mövqeyi Türkiyə üçün sürpriz oldu. Gauckun sözlərinə Ankaranın göstərdiyi reaksiyada bu sözlər əksini tapdı: “Türk xalqı Almaniya prezidenti Gauckun bu sözlərini unutmayacaq və əfv etməyəcəkdir”.

 

"100 il" kampaniyasına Obamanın vurduğu zərbə

 

ABŞ prezidenti Obamanın 1915-ci il hadisələrini “soyqırım” kimi xarakterizə etməyib əvvəlki mesajlarında olduğu kimi “med yeghern” ifadəsindən istifadə etməsi ermənilər tərəfindən Türkiyəyə qarşı aparılan böhtan kampaniyasına ağır zərbə endirmişdir. Türkiyənin nöqteyi-nəzərindən ən neqativ gəlişmə prezident Obamanın “soyqırım” kəlməsini deməsi olardı. Çünki prezident Obamanın belə bir mövqedə durması ABŞ Konqresinin soyqırım qərarı qəbul etməsinə yol açar, bu da Türk-Amerikan münasibətlərində bu iki səbəbə görə, zəlzələ təsirli dağıdıcı nəticələr yaradardı:

 

Birincisi, haqqında söhbət gedən qərar, ermənilərə bu günə qədər ictimai və siyasi səviyyədə apardıqları mübarizəni hüquqi müstəviyə  keçirmə fürsətini verəcəkdi. Ermənilər ABŞ məhkəmələrinə müraciət edərək, Türkiyə əleyhinə iddialar qaldıracaq və ölkəmizdən torpaq, mal-mülklərinin geri qaytarılmasını, təzminat və sığortalarının ödənməsini tələb edən minlərlə şikayət verəcəkdilər. Proseslər onların lehinə bitincə (belə olması qaçılmaz olacaqdı) Türkiyənin ABŞ-dakı daşınmaz və daşınan mallarına əl qoyacaqdılar.

 

İkincisi, ABŞ prezidenti və Konqres tərəfindən erməni “soyqırımı"nın qəbul edilməsi “corab söküyü” kimi bu məsələdə tərəddüdü olan ölkələrin parlamentlərinə örnək olacaq, onları da bu istiqamətdə qərar qəbul etməyə təşviq etməklə, “soyqırımın” tarixi baxımdan təsdiq edilmiş bir fakt” (historically established fact) olduğuna dair Ermənistanın tezisini gücləndirəcəkdi.

 

Prezident Obamanın “soyqırım” ifadəsindən istifadə etməkdən qaçmasının əsas səbəbi, şübhəsiz, ABŞ-ın milli mənafeyinin qorunması düsturuna söykənməkdədir. ABŞ, xüsusilə Orta Şərqdəki siyasətinin həyata keçirilməsində bölgəsində strateji mövqeyi və milli gücüylə təsirli ölkə olan Türkiyə ilə əməkdaşlığı davam etdirmək və onun qüvvəsindən istifadə etmək istəyir. Bu çərçivədə, Türkiyəni “soyqırım” ilə suçlamağın, Türkiyə-ABŞ münasibətlərini daimi şəkildə zəhərləyəcəyini bilir və bunu arzu etmir. Ancaq problemin bu şəkildə davam etməsinin də ABŞ-ın əlinə Türkiyəyə təzyiq etmək, xarici siyasətini yönləndirmək və güzəştlər əldə etmək baxımından önəmli kartlar verdiyini də unutmamaq lazımdır.

 

BMT-nin açıqlaması: “soyqırım”ı səlahiyyətli hüquq instansiyası müəyyənləşdirər

 

Türkiyə, 24 aprel gündəmini Ermənistanın müəyyənləşdirməsini əngəlləmək üçün eyni gün “Çanakkale quru savaşlarının 100-cü ildönümü” mərasimlərini planlaşdırdı. Mərasimlər çərçivəsində təşkil edilən və beynəlxalq arenada əks-səda doğuran tədbirlər uğurlu və görkəmli olduğu qədər, ölkə miqyasında da milli birliyi və milli hissləri canlandırıcı təsirdə oldu.

 

Bütün bu proseslərin cərəyan etdiyi atmosferdə Türkiyənin tezisini dəstəkləyən önəmli bir gəlişmə Türk mediasının diqqətindən yayındı. Bu da jurnalistlərin “Niyə 1915-ci il hadisələrini ermənilər kimi BMT-nin də “soyqırım” adlandırmamasına” dair sualına BMT baş katibinin sözçüsü Stephane Dujaricinin, “BMT-nin o hadisələri soyqırım kimi xarakterizə etməsi üçün “hüquqi bir instansiyanın”, yəni səlahiyyətli məhkəmənin 1915-ci il hadisələrini o şəkildə xarakterizə etməsinin gərəkli olduğunu” vurğulaması idi. Necə ki, BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımın qarşısının alınması və cəzalandırılması konvensiyası”nın VI  maddəsi, hansı hadisənin soyqırım kimi qəbul ediləcəyinə dair səlahiyyəti sadəcə o hadisənin baş verdiyi ölkənin müvafiq məhkəməsinə və ya səlahiyyətli bir beynəlxalq məhkəməyə vermişdir. Bu durumda, özlərini səlahiyyətli məhkəmənin yerinə qoyaraq, Türklərin “soyqırım” suçu həyata keçirdiyini iddia edən parlamentlər, beynəlxalq təşkilatlar və siyasətçilər tərəfindən verilən açıqlamalar hüquqi baxımdan quru böhtandan başqa bir şey deyildir.

 

Xatırlanacağı kimi, Avropa İnsan Haqları Məhkəməsi də Perinçəkin şikayətinə baxdığı prosesdə çıxardığı hökmdə bu cəhəti qeyd etmişdi: ”1915-ci il erməni hadisələri tarixi baxımdan da, hüquqi baxımdan da yəhudilərə qarşı həyata keçirilən Holokost  suçlarından fərqlidir. Osmanlı erməniləriylə Almaniya yəhudiləri qətiyyən eyni tutula bilməz. Faşistlərin dönəmində Almaniyada yəhudilərə soyqırım yapıldığına dair səlahiyyətli beynəlxalq məhkəmə tərəfindən qəbul edilən sübutlar vardır. Ona görə də yəhudi soyqırımı mübahisə edilməyəcək tarixi bir həqiqətdir. “Erməni soyqırımı” iddiaları isə mübahisəyə açıqdır”. Göründüyü kimi, Türkiyənin mövqeyi beynəlxalq hüquq baxımından da güclüdür. Bu mənada AİHM-in, 198 üzvü olan BMT-nin yalnız  20 üzvünün “erməni soyqırımını” qəbul etməsini səbəb göstərərək İsveçrə məhkəmələrinin “erməni soyqırımı” məsələsində beynəlxalq konsensus olmasına dair mövqeyini rədd etdiyini də qeyd edək.

 

Bu yanlış olmamalı

 

Prezident Ərdoğan 24 apreldə Kumkapıdakı Məryəm ana kilsəsindəki ayini idarə edən Patriarx vəzifəsinin icraçısı Aram Atəşyana göndərdiyi mesajda “Birinci dünya müharibəsində həyatını itirən bütün Osmanlı ermənilərini sayğıyla andığını, övladlarına  və nəvələrinə təziyələr verdiyini” qeyd edərək “ağrı-acınızı səmimiyyətlə bölüşdüyümü daha bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül  qapımızın axıra qədər açıq olduğunu bilməyinizi istəyirəm ”- dedi.

 

Hörmətli Ərdoğanın bu taziyəsini ermənilərdən üzr istəməyin ön hazırlığı kimi dəyərləndirənlər də oldu. Bunun guya Türkiyənin beynəlxalq arenada siyasi kapitalına çevrilməsi barədə iddialar çox təhlükəlidir. Bunun baş verməsi isə düzəldilməsi mümkün olmayan yanlış olardı. Necə ki, baş nazir Davudoğlunun 22 apreldə verdiyi eyni məzmundakı açıqlamanı ABŞ Erməni Milli Komitəsi başqanı Aram Hamparyan “saxta bir üzrdür, tanıma, məsuliyyət, peşmançılıq ifadə etmir, təzminat təklif etmir”- deyərək aşağılamışdır. Erməni tərəfinin üzrlə qane olacağını düşünmək əfv edilməz bir sadəlövhlükdür. Erməni tərəfi Türkiyənin üzr istəməsindən sadəcə mülkiyyət, torpaq və təzminat tələblərində səbəb kimi istifadə edəcəkdir.

 

Baş nazirin müavini Arınçın “İstəyərək soyqırım yapmadık”- sözü də tezislərimizi puça çıxarmaq istəyənlərin əlinə fürsət verəcək xarakterdədir. Bu baxımdan ölkəmizdəki siyasi vəzifəlilərin erməni problemi ilə erməni tələblərinin bir gün beynəlxalq hüquq instansiyaları tərəfindən müzakirə obyektinə çevrilə bilmə ehtimalını göz önündə tutaraq, bu mövzularda maksimum dərəcədə diqqətli danışma məcburiyyəti vardır.

 

Sarkisyanın manevrləri

 

Ermənistan prezidenti Sarkisyan “Türkiyə xalqına, Türklərə qarşı qətiyyən bir ittihamım yoxdur. Türkiyə ilə münasibətlərin yaradılmasına, erməni və Türk xalqları arasında ön şərtsiz uzlaşma prosesinə başlamağa hazır olduğumuzu elan edirik” - məzmunlu bir açıqlama vermişdir (“Hürriyet”, Cansu Çamlıbel, 24.04.2015). Ancaq bu sözlər ritorikadan ibarətdir. Çünki Sarkisyanın açıqlamadığı bir ön şərt vardır. Bu da “soyqırım” iddiasının mövcudluğunun müzakirəyə açılmaması  və həqiqətlərin meydana çıxarılmasını qarşısına məqsəd qoyan bir müştərək tarix komissiyasının yaradılmamasıdır. Sarkisyanın bu cür uzlaşma təkilfiylə, bir məqsədinin də Türkiyə ilə Azərbaycanın arasını vurmaq olduğu bilinməlidir.

 

Ermənistan Konstitusiya Məhkəməsi (EKM), Türkiyə ilə Ermənistan arasında 10 oktyabr 2009-cu ildə Sürixdə imzalanmış protokolları Ermənistan Konstitusiyası və daxili hüququnun işığında 12 yanvar 2010-cu ildə verdiyi qərarında bu cəhətləri müəyyənləşdirmişdir: 1) Qars və Moskva sazişləri qüvvədə  deyildir; 2) Ermənistanın Şərqi Anadolu torpaqları üzərindəki iddiaları leqaldır və qüvvədədir; 3) 1915-ci il soyqırımı bir həqiqətdir və Ermənistan bu həqiqətin dünyaya  tanıdılması missiyasından vaz keçmədiyi kimi, bir tarix komissiyasında bu həqiqətin müzakirə edilməsini qəbul etməz; 4) Türkiyə-Ermənistan sərhədinin açılması Qarabağ problemiylə əlaqələndirilə bilməz.

 

Bu 4 nöqtənin Türkiyə tərəfindən qəbulu şərtiylə protokolların qüvvəyə minə biləcəyini elan edən EKM, şüurlu şəkildə Türkiyə ilə Ermənistan arasındakı bütün sülh  və konsensus cəhdlərinə qapını bağlamışdır. Bu həqiqət Türk ictimaiyyətinin gözündən qaçırılmaqdadır. Elə isə Türkiyə-Ermənistan münasibətlərinə dair bir dəyərləndirmə yapılarkən Türk siyasi idarəçilərinin açıqlamalarında bu həqiqəti demələri lazımdır.

 

Nələr etməli?

 

Son 12 ildə diplomatik və elmi sahələrdə erməni iddialarına qarşı apardığımız mübarizə təəssüf ki qənaətbəxş deyil. Məsələn, hazırlanmış strategiya sənədlərində məsələnin həll edilməsi üçün “ermənilərlə halallaşmaq” metodunun da təklif edilməsi, bu işin başında olanların məsələdən nə qədər uzaq olduğunu əks etdirir.

 

Hazırda həyata keçirilməkdə olan, baş nazirin icra aparatındakı bir baş müşavirin  başqanlığında koordinasiya əldə edilərək işlərin idarə edilməsini nəzərdə tutan sistem təsirli və məhsuldar işləmir. Türkiyənin erməni təbliğatına qarşı dayanması və uğurlu mübarizəsi üçün aşağıda açıqladığım formatda erməni iddialarını təsirsiz hala gətirəcək təsirli, yaradıcı və şüurlu mübarizə strategiyası və bunu həyata keçirəcək olan strukturun təcili şəkildə yaradılması lazımdır.

 

Bu gün “erməni məsələsi” tarixi, hüquqi, siyasi, ictimaiyyətlə əlaqələr (public relations) və tədris (tarixçi və hüquqçuların yetişdirilməsi üçün nəşrlər) kimi sahələri əhatə edən nəhəng bir beynəlxalq münasibətlər probleminə çevrilmişdir. Buna görə də bu 5 çalışma  sahəsini əhatə edəcək olan uzun müddətli bir strategiya planı ilə o planı həyata keçirəcək daxili və xarici strukturun yaradılmasına ehtiyac vardır. Bu 5 şaxəli  strategiyanın yaradılması və həyata keçirilməsi üçün Türkiyənin lazımi insan resursları mövcuddur. Ona görə  bu işdə siyasi iradə mövcud olarsa, uzun möhlətli bir perspektiv çərçivəsində təsirli bir strategiya yaradılmaması üçün heç bir səbəb yoxdur. Daxili və xarici strukturlar üçün maddi mənbələr lazım olacaqsa, bunun Türkiyə üçün kapital-hasilat baxımından nəticəsi  çox müsbət olacaqdır. Bu məqsədlə yaradılacaq olan qurumun dövlətin bir qurumu kimi görünməyən müstəqil fond şəklində yaradılması və görüləcək  işlərin akademik muxtariyyətin məhsulu kimi ortaya çıxmasına dair inam yaradılması da fövqəladə dərəcədə mühümdür. Yaradılacaq qurumun strukturu ilə maddi-mənəvi təchizatının, artıq Türkiyə  üçün qlobal təhdid və təzyiq ünsürü halına gəlmiş, xarici siyasətimizə ağır maddi yük gətirən erməni probleminə qarşı dura bilməsi məcburiyyəti vardır. Türkiyə yubanmadan, uzun müddətli, təsirli, şüurlu və yaradıcı bir milli strategiya ilə bunun daxili və xarici strukturlarını yaradıb malik olduğu beyin gücündən maksimum dərəcədə faydalandığı təqdirdə, edəcəyi həmlələrlə, hazırda ermənilərin beynəlxalq arenada əldə etdiklərini öz lehinə çevirə bilər.

 

 

Şükrü Ələkdağ

xüsusi olaraq APA Analitik Mərkəzi üçün

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ