İngilis yazıçısı Ceyn Ostinin Ev Muzeyində "Azərbaycan guşəsi" açılıb - FOTO

İngilis yazıçısı Ceyn Ostinin Ev Muzeyində "Azərbaycan guşəsi" açılıb - <span style="color: red;">FOTO
# 18 mart 2013 11:57 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. İngilis yazıçısı Ceyn Ostinin İngiltərənin Hempşir qraflığında yerləşən Ev Muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb. Dünya Azərbaycanlı Gənclər Birliyindən APA-ya verilən məlumata görə, "Azərbaycan guşəsi" layihəsi çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeylərində, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılacaq. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Teodor Drayzer, Mixail Şoloxov, Viktor Hüqo, Cek London, Aleksandr Düma, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar, şairlər daxildir.


Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR