Azərbaycanda ötən il müsadirə olunan 676 kq-dan çox narkotik vasitə məhv edilib

Azərbaycanda ötən il müsadirə olunan 676 kq-dan çox narkotik vasitə məhv edilib
# 24 iyun 2008 12:12 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 2007-ci ildə müsadirə olunan 676 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə məhv edilib APA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə bildirilib. Komissiyanın üzvü, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elman Tərlanov deyib ki, məhkəmə hökmü ilə müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin məhv edilmə Komissiyası tərəfindən məhv edilən narkotik vasitələrdən 266 kiloqram 737 qramı (33 kiloqram 563 qram heroin, 91 kiloqram 627 qram tiryək, 31 kiloqram 176 qram həşiş, 110 kiloqram 366 qram marixuana, 5 qram metadon) daxili işlər orqanları tərəfindən müsadirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR