Tələbə Qəbulu üzrə Dövlət Komissiyası saxta dövlət diplomu almış 700-ə yaxın bakalavrla bağlı məlumatları ölkə rəhbərliyinə təqdim edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası saxta dövlət diplomu almış 700-ə yaxın bakalavrla bağlı məlumatları ölkə rəhbərliyinə təqdim edib
# 27 iyun 2008 12:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ali məktəblərin magistratura pilləsinə tələbə qəbulu üçün müəyyənləşdirilmiş dövlət plan yerlərində qalan vakant yerlər haqqında avqustda məlumat veriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri bildirib ki, magistraturaya qəbul imtahanlarında müsabiqəyə buraxılmaq üçün tələb olunan 50-dən çox bal toplayan 1000 bakalavr heç bir ixtisasa qəbul oluna bilməyib. M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanlarına qatılmadığı üçün TQDK-nın məlumat bazasına daxil edilməyən, amma ali təhsilin bakalavr pilləsini bitirmələri haqqında dövlət diplomu almış 700-ə yaxın şəxs magistratura imtahanlarında yaxşı nəticə əldə etməyib. Həmin bakalavrın heç biri magistraturaya qəbul oluna bilməyib. Onlardan yalnız bir neçəsi müsabiqədə iştirak üçün tələb olunan 50 balı yığa bilsə də, seçdikləri ixtisaslara qəbul oluna bilməyiblər. M. Abbaszadə həmin gənclərlə bağlı artıq ölkə rəhbərliyinə məlumat verdiyini də söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR