İrandan Azərbaycana 142 kq narkotik vasitə keçirməkdə təqsirləndirilən Türkiyə vətəndaşlarına hökm oxunub

İrandan Azərbaycana 142 kq narkotik vasitə keçirməkdə təqsirləndirilən Türkiyə vətəndaşlarına hökm oxunub
# 27 iyun 2008 14:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycana qaçaqmalçılıq yolu ilə 142 kq həşiş keçirməkdə təqsirləndirilən Türkiyə vətəndaşları Hasip Yılmaz Təkgürler, Cövdet Aydar, Hüseyn Akgün, Mehmet Kılıctarın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr istehsal etmə, satma, saxlama, satma, daşıma, göndərmə, başqasına vermə) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR