Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər

Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər
# 28 iyun 2008 09:01 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri yaxın zamanlarda Qobustan həbsxanasına gedəcəklər. Bu barədə APA-ya komitənin koordinatoru Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, qurumun üzvləri həbsxanada bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı araşdırma aparacaqlar. S. Məmmədov iyun ayında həbsxanada iki intihar hadisəsinin baş verməsinin narahatlıq doğurduğunu deyərək əlavə edib ki, komitə məsələni diqqət mərkəzində saxlayacaq.
Qeyd edək ki, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamov iyunun 22-də özünü asaraq öldürüb. İntihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Bundan bir qədər əvvəl, iyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da intihar edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR