Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb

Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb
# 29 iyun 2008 10:17 (UTC +04:00)
Bakı APA. Bu gün Bakı şəhərinin Xətai rayonunun ərazisində quldurluqla məşğul olmaqda şübhəli bilinən beş nəfərlik dəstənin 4 üzvü tutulub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan dəstə üzvləri 20 yaşlı Aqşin Məmmədov, 19 yaşlı Mehdi Nərimanov, 22 yaşlı Sadiq Əliyev və 21 yaşlı Emin Zahidovdur. Dəstənin digər üzvü Famil Rəhimov isə axtarışdadır. Saxlanılan şəxslər gecə saatlarında insanlara yaxınlaşaraq hədə-qorxu gəlib pullarını və mobil telefonlarını alıblar. Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR