Koreya şirkətləri Azərbaycanın təhsil müəssisələrində İKT-nın tətbiqi prosesində iştirak etmək istəyirlər

Koreya şirkətləri Azərbaycanın təhsil müəssisələrində İKT-nın tətbiqi prosesində iştirak etmək istəyirlər
# 04 avqust 2008 14:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Təhsil Nazirliyində Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə “Korea Digital Technology”, “Samsung Advanced İnstitute of Technology”, “CF Construction Company” və “Business Consultant & İnvectors Company” şirkətlərinin nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov bildirib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində bu il Bakı və Sumqayıtın bütün məktəbləri internet şəbəkəsinə qoşulacaq. Nazir Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənədin imzalanması təklifini irəli sürüb. “Korea Digital Technology” şirkətinin və nümayəndə heyətinin rəhbəri Bin Eok Li isə Azərbaycanda İKT sahəsinin inkişafına yardım göstərməyə hazır olduqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR