Azəri-Türk Qadınlar Birliyinin təşkil etdiyi pulsuz kompüter kursunu bitirənlərə diplom verilib

Azəri-Türk Qadınlar Birliyinin təşkil etdiyi pulsuz kompüter kursunu bitirənlərə diplom verilib
# 05 avqust 2008 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azəri-Türk Qadınlar Birliyinin Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) ilə imkansız ailələr və məcburi köçkünlərin övladları üçün birgə təşkil etdiyi kompüter kursunun yekununa həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Tənzilə Rüstəmxanlı may ayında 25 imkansız gənc üçün 3 aylıq pulsuz kompüter kursunun təşkil olunduğunu deyib. T. Rüstəmxanlı oktyabrda ikinci mərhələnin başlayacağını və digər gənclər üçün də eyni kursların təşkil olunacağını qeyd edib. Birlik sədri yaxın gələcəkdə imkansız ailələrin övladları üçün ingilis dili kurslarının açılacağını da vurğulayıb. Tədbirdə kursu bitirənlərə diplomlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR