Azərbaycanda ilk dəfə olaraq eramızdan əvvəl VIII-VII əsrlərə aid mixi yazı tapılıb

Azərbaycanda ilk dəfə olaraq eramızdan əvvəl VIII-VII əsrlərə aid mixi yazı tapılıb
# 07 avqust 2008 12:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan arxeoloqlarının ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri ilə birgə Naxçıvanın Şərur rayonunun Oğlanqala yaşayış yerində apardığı tədqiqatlar nəticəsində eramızdan əvvəl VIII-VII əsrlərə aid materiallar tapılıb. Ekspedisiyanın rəhbəri Səfər Aşurov APA-ya açıqlamasında arxeoloji qazıntılar nəticəsində Azərbaycanda ilk dəfə olaraq eramızdan əvvəl VIII-VII əsrlərə aid mixi yazı aşkarlandığını bildirib. Oğlanqalada aparılan tədqiqatların avqustun 10-da yekunlaşacağını deyən S. Aşurov Fransa, Macarıstan, Türkiyə arxeoloqları ilə birgə Şərur rayonun Ovçular təpəsində də qazıntıların aparıldığını söyləyib: “Artıq üçüncü ildir davam etdirilən tədqiqatlar sentyabrın 15-də yekunlaşacaq. Bu abidə eramızdan əvvəl V-IV əsrlərə, eneolit - ilk tunc dövrünə aiddir”. S. Aşurov tədqiqat nəticəsində eneolit dövrünə aid daş alətlərin, dairəvi və dördkünc evlərin, saxsı qalıqlarının aşkarlandığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR