Tovuzçay su anbarının ərazisinə düşən abidələrin köçürülməsinə başlanılıb

Tovuzçay su anbarının ərazisinə düşən abidələrin köçürülməsinə başlanılıb
# 08 avqust 2008 08:06 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı – APA. Tikintisi bərpa olunan 160 hektarlıq Tovuzçay su anbarının ərazisinə düşən abidələrin köçürülməsinə başlanılıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov APA-nın qərb bürosuna bildirib ki, artıq Tovuz rayonunun Qazqulu kəndi ərazisində yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığı kəndin başqa yerinə köçürülür. Qəbirlərin köçürülməsi oktyabrın əvvəllərində başa çatacaq.
Qeyd edək ki, Qazquluda qəbir daşları və yer üstü əlamətləri olmayan 430 qəbir aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR