Azərbaycanda ABŞ-ın “Fullbright” proqramı üzrə magistraturaya tələbə qəbulu elan edilib

Azərbaycanda ABŞ-ın “Fullbright” proqramı üzrə magistraturaya tələbə qəbulu elan edilib
# 08 avqust 2008 11:43 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. ABŞ-ın Azərbaycandakı səfərliyi Azərbaycan hökuməti ilə birlikdə “Fullbright” proqramı üzrə magistraturaya tələbə qəbulu elan edib. APA-nın məlumatına görə, sənədlər sentyabrın 12-nə qədər qəbul olunacaq. Şərtlərlə ABŞ səfirliyinin və Azərbaycan Təhsil Nazirliyinin saytlarında tanış olmaq mümkündür. Proqram çərçivəsində 2009-2010-cu illərdə 10-15 tələbənin ABŞ universitetlərində təhsil almağa göndərilməsi nəzərdə tutulur. Sonrakı illərdə bu say artırılacaq. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində demokratiya və insan haqları, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq etdiklərini bildirib: “Bizi yaxınlaşdıran ən mühüm aspektlərdən biri də təhsil sahəsində mübadilə proqramlarıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR