Azərbaycanda ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycanda ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
# 08 avqust 2008 15:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya bildirilib ki, magistratura pilləsi üzrə boş qalan 1238 plan yerinə 361 bakalavr ərizə verib. Onlardan 179 nəfəri qəbul olunaraq (168 nəfər Azərbaycan bölməsi, 11 nəfər rus), magistratura pilləsi üzrə təhsil almaq hüququ qazanıb. Qəbul olan bakalavrların siyahısı avqustun 9-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Magistraturaya əlavə yerləşdirmədə qəbul olanlar avqustun 11-dən 20-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən ali məktəblərə təqdim olunmuş “qəbul olanların siyahısı”nda imza etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, müsabiqənin nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR