Ermənilər tərəfindən işğal olunmuş Ağdam “Ruhlar şəhəri” siyahısına salınıb

Ermənilər tərəfindən işğal olunmuş Ağdam “Ruhlar şəhəri” siyahısına salınıb
# 12 avqust 2008 10:43 (UTC +04:00)
Hazırda bu şəhərin yerində “Qalaya alınmış şəhər” adlı park yerləşir. Əvvəllər Honkonqun yaxınlığında yerləşən bu şəhər canilər yuvası olub, burada antisanitariya hökm sürüb.

Fransanın Oradur-sür-Qlan adlı kəndi siyahıda ikinci sıradadır. Bu kəndin 642 sakini İkinci Dünya Müharibəsi zamanı alman əsgərləri tərəfindən qətlə yetirilib. Kəndin xarabalıqları orada həlak olanlar haqqında bir xatirə və müharibənin dəhşətləri barədə gələcək nəsillərə nümunə kimi saxlanılıb.

Üçüncü yerdə Namibiyanın Kolmanskop şəhəridir. Şəhər vaxtilə almaz axtaranlar tərəfindən salınıb və 1956-cı ildə digər daha zəngin yataqlarda işlər başlanandan sonra hamı bu şəhəri tərk edib.

Amerikanın İndiana ştatında yerləşən Geri, Arizona ştatında yerləşən Rubi şəhərləri və ermənilərin xarabazarlığa çevirdiyi Azərbaycanın Ağdam şəhəri də ən maraqlı ruhlar şəhəri siyahısına salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR