Avqustun ikinci ongünlüyündə Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Avqustun ikinci ongünlüyündə Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 15 avqust 2008 12:37 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva - APA. Avqustun ikinci ongünlüyünün sonunadək Azərbaycan ərazisində havanın temperaturu 1-2 dərəcə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, həmin müddətdə temperatur 38 dərəcədən yuxarı olmayacaq. Yaxın günlərdə Bakı və Abşeron yarımadasında 35-38 dərəcə isti gözlənilir, əsasən, mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək, hava dəyişkən buludlu olacaq.

U. Tağıyevanın sözlərinə görə, səhər və axşam saatlarında nisbi rütubət normadan bir qədər yüksək olacaq ki, belə hava şəraiti bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsiz sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR