Bu il Azərbaycanda 500-dən yuxarı bal toplayan 37 abituriyent ali məktəbə daxil ola bilməyib

Bu il Azərbaycanda 500-dən yuxarı bal toplayan 37 abituriyent ali məktəbə  daxil ola bilməyib
# 22 avqust 2008 10:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında 3765 abituriyent 250-dən çox bal toplasa da, heç bir məktəbə daxil ola bilməyib. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan bölməsinin 3299, rus bölməsinin 466 abituriyenti müsabiqədə iştirak etmək hüququ qazansa da, müsabiqənin şərtlərini ödəyə bilməyib. Belə abituriyentlərin 560-ı Azərbaycan bölməsinin I, 277-i II, 1618-i III, 844-ü IV ixtisas qrupuna, 122-i rus bölməsinin I, 172-i II, 137-i III, 135-i IV ixtisas qrupuna sənəd verib. M. Abbaszadə deyib ki, Azərbaycan bölməsi üzrə 35, rus bölməsi üzrə 2 abituriyent 500-dən yuxarı bal toplasa da, ali məktəbə daxil ola bilməyib. TQDK sədri yüksək bal toplayan həmin abituriyentlərin ali məktəbə daxil ola bilməməsini onların sənəd verdiyi ixtisaslar üzrə yaranmış yüksək müsabiqə vəziyyəti ilə izah edib. Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin boş qalan 1562 plan yerinə sənəd verən 2684 abituriyentin 836 nəfəri qəbul olunaraq tələbə adını qazanıb. 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 6386 plan yerinə 6178 nəfər qəbul olunub. M. Abbaszadə qeyd edib ki, bu il bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar daxil olmaqla, həm ali, həm də 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə ayrılmış plan yerləri dolub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR