Azərbaycanda texnikumlara qəbulun nəticələri açıqlanıb

Azərbaycanda texnikumlara qəbulun nəticələri açıqlanıb
# 22 avqust 2008 17:14 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avqustun 21-də 2008/2009-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, nəticələr TQDK-nın internet saytına yerləşdirilib. Ayrılmış 9452 plan yerinə sənəd vermiş 23277 abituriyentdən 9171 nəfəri orta ixtisas məktəblərinə qəbul olunaraq (8861 Azərbaycan bölməsi, 310 rus bölməsi), tələbə adı qazanıb. Ən yüksək bal 261, ən aşağı keçid balı isə 10 olub.
Müsabiqənin nəticələri avqustun 22-də saat 18:30-da TQDK-nın internet saytında yerləşdirilib. Qəbul olan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 9-cu sayında dərc olunub.

Qəbul olan abituriyentlər lazımi sənədləri avqustun 26-dan sentyabrın 2-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR