Sentyabr ayında Azərbaycanda anomal istilər gözlənilmir

Sentyabr ayında Azərbaycanda anomal istilər gözlənilmir
# 01 sentyabr 2008 14:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “İyul və avqust aylarında Azərbaycan ərazində müşahidə edilən anomal hava şəraiti sentyabrda gözlənilmir. Əvvəlki illərdə sentyabr ayında belə hallar olsa da, bu il belə istilər proqnozlaşdırılmır. Bu barədə APA-ya Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, sentyabrda havanın temperaturu yüksəlsə də, bunun 38-40 dərəcədən yüksək olacağı gözlənilmir. Bu ay ərzində temperaturun maksimum 35 dərəcə olacağı proqnozlaşdırılır. Sentyabrın birinci və ikinci ongünlüyünün ayrı-ayrı günlərində küləyin güclənəcəyi, yağış yağacağı istisna olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR