Hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün qan vermə aksiyası keçirilib

Hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün qan vermə aksiyası keçirilib
# 01 sentyabr 2008 23:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi və Masallı, Yardımlı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə həmin rayonların mərkəzi xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlıda 110, Masallıda 170 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR