“Azərbaycanda həbsxana islahatlarına dəstək – 2008/2009” birgə layihəsinin təqdimat mərasimi keçirilib

“Azərbaycanda həbsxana islahatlarına dəstək – 2008/2009” birgə layihəsinin təqdimat mərasimi keçirilib
# 03 sentyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Bakıda Avropa Şurası, Norveç və Azərbaycan hökumətlərinin “Azərbaycanda həbsxana islahatlarına dəstək – 2008/2009” birgə layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, həbsxanaya düşmək insanın başına gələ biləcək ən dəhşətli hadisədir: “İnsanları ona görə həbsxanaya salırlar ki, onlar öz səhvlərini anlayıb, cəmiyyətə yenidən sağlam fərd kimi dönsünlər. Avropa Şurasına daxil olan ölkələr həbsxanalar üçüçn ümumi qaydalar müəyyənləşdirib və hər bir ölkə bu qaydalara əməl etməlidir. Biz məhz bu məqsədlə Azərbaycana yardım etmək istəyirik”. Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şöbə müdiri Azər Seyidov bildirib ki, Azərbaycanın penitensiar sistemində uzun müddətdən bəridir ki, islahatlar aparılır: “Bizim əsas məqsədimiz – həbsxanalarda işgəncə faktlarına qarşı mübarizə aparmaqdır”. Norveç səfiri Yon Ramberq bildirib ki, bu ölkə Moldova və Gürcüstanda da analoji layihələri dəstəkləyir: “Biz Azərbaycana kömək etdiyimə görə çox məmnunuq”. Qeyd edək ki, təqdim olunan layihə üç mərhələdən ibarətdir. Layihə həbsxanalarda monitorinq aparılmasını, işçi heyəti üçün treninqlərin keçirilməsini, səhiyyə sahəsində islahatlar aparılmasını nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR