Azərbaycanın cənub bölgəsində növbəti böyrək transplantasiyası əməliyyatları keçirilib

Azərbaycanın cənub bölgəsində növbəti böyrək transplantasiyası əməliyyatları keçirilib
# 04 sentyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Lənkəranda öz vəsaiti hesabına inşa etdiyi Müalicə Diaqnostika Mərkəzində növbəti böyrək transplantasiyası əməliyyatları keçirilib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu Müalicə Diaqnostika Mərkəzində ilk böyrək transplantasiyası əməliyyatı 2008-ci ilin iyul ayında keçirilib. Sentyabrın 2-dən etibarən isə daha 3 analoji əməliyyat baş tutub.
Qeyd edək ki, Lənkəran Müalicə Diaqnostika Mərkəzində təkcə bu ilin birinci yarısında 319 cərrahiyə əməliyyatı, 4 mindən artıq hemodializ seansı aparılıb. Hemodializ şöbəsində müalicə alan xəstələrin sayının artması nəzərə alınaraq, mərkəz daha 5 ədəd «süni böyrək» aparatı ilə təchiz olunub.
Xatırladaq ki, ARDNŞ-in Naxçıvan və Şirvan şəhərlərində də bu cür Müalicə Diaqnostika Mərkəzləri fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR