Şəmkirdə “Qafqazın arxeologiyası və etimologiyası” X beynəlxalq konfransı keçiriləcək

Şəmkirdə  “Qafqazın arxeologiyası və etimologiyası” X beynəlxalq konfransı keçiriləcək
# 08 sentyabr 2008 12:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın 11-12-də Şəmkirdə “Qafqazın arxeologiyası və etimologiyası” X beynəlxalq konfransı keçiriləcək. Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli konfransın institutun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında təşkil edildiyini bildirib. Azərbaycan, Rusiya, Türkiyə, Fransa, Gürcüstan, Almaniya arxeoloqlarının iştirak edəcəyi konfransda Qafqazın arxeologiyası və etnologiyasına dair son tədqiqatlar müzakirə olunacaq. Tədbir iştirakçılarının Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılarla tanışlığı da nəzərdə tutulub.
N. Müseyibli onu da bildirib ki, Qafqaz xalqlarının təmsil olunacağı konfransda ermənilər iştirak etməyəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR