Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib
# 10 sentyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabrın 11-dən 32 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 787 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 590-ı müsabiqəyə, 197-si isə müsahibəyə çıxarılır.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və söhbət mərhələlərindən ibarətdir. “Dövlət qulluğu haqqında” qanununa uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR