Sentyabrın 13-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksələcək

Sentyabrın 13-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksələcək
# 11 sentyabr 2008 11:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 11-dən 12-ə keçən gecə də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, sentyabrın 12-si günorta saatlarında yağış kəsəcək.

Sentyabrın 13 və 14-də isə Bakı və Abşeron yarımadasında havanın temperaturu 2-3 dərəcə yüksələcək. Həmin günlərdə temperatur 30-32 dərəcəyə çatacaq ki, bu da iqlim normasına yaxın olacaq. Hava, əsasən, yağmursuz keçəcək, dəyişkən buludlu olacaq, cənub küləyi üstünük təşkil edəcək, günorta saatlarında arabir güclənəcək.

U. Tağıyeva bildirib ki, ötən iki gün ərzində atmosfer təzyiqinin normadan aşağı olması meteohəssas insanlara mənfi təsir göstərib. Yaxın üç gün ərzində isə atmosfer təzyiqinin və digər biometeoroloji amillərin norma daxilində mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR