“Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008” kitabının təqdimatı keçirilib

“Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008” kitabının təqdimatı keçirilib
# 12 sentyabr 2008 15:15 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirə çıxış edən Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, bu kitab rəsmi sənədlər əsasında hazırlanıb. O, ötən 5 il ərzində Azərbaycanda 3 ali məktəb - Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradıldığını deyib.

YAP-ın icraçı katibi Əli Əhmədov isə bildirib ki, kitabın hazırlanmasında məqsəd liderlərin fəaliyyəti barədə məlumatları tarixə həkk etdirmək və gələcək nəslə çatdırmaqdır. Ə. Əhmədov bu kitabı son 5 ilin təhsil sisteminin salnaməsi kimi də dəyərləndirib.

Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, ötən beş ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait dəfələrlə çoxalıb, 1410 yeni məktəb binası inşa edilib, təhsil işçilərinin əmək haqları bir necə dəfə artırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR