Bakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq

Bakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq
# 15 sentyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Nobel mükafatına layiq görülən yeganə bakılı, akademik Lev Davidoviç Landaunun Azərbaycanda abidəsi qoyulacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun elmi katibliyindən məlumat verilib. Bakının Lev Landau küçəsinin başlanğıcında ucaldılacaq abidənin hündürlüyü 2 metr 10 santimetr olacaq.
Təhsil Nazirliyi və AMEA-nın Fizika İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 9-da Bakıda Lev Landaunun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfrans iştirakçılarının abidənin və akademikin vaxtı ilə yaşadığı evin qarşısından asılacaq xatirə lövhəsinin açılışında iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, dünyanın ən məşhur adamlarından biri sayılan Lev Landau 1908-ci ilin 22 yanvarında Bakı şəhərində anadan olub. Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə qəbul olunub. Universitetin birinci kursunu bitirəndən sonra L. Landau Peterburqa köçüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR