Bakıda «Sosial müdafiənin inkişafı» mövzusunda seminar keçirilir

Bakıda «Sosial müdafiənin inkişafı» mövzusunda seminar keçirilir
# 16 sentyabr 2008 12:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Avropa Şurasının Sosial Birlik üzrə Baş Direktorluğunun Sosial Siyasət Departamentinin və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə «Sosial müdafiənin inkişafı» mövzusunda iki günlük seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, seminarın məqsədi ölkədə əhalinin sosial müdafiəsinin müxtəlif sahələri - əməyin təhlükəsizliyi, ünvanlı sosial yardım, məşğulluğun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası və s. məsələlər üzrə Avropa Şurasının standartlarına, eləcə də qabaqcıl Avropa təcrübəsini müzakirə etməkdir.
Azərbaycanda sosial siyasət sahəsində aparılan işlərdən danışan nazir müavinin sözlərinə görə, ötən il ölkə hökuməti Avropa Sosial Xartiyası üzrə hesabatını Avropa Şurasına təqdim edib. Keçən il ərzində ölkə prezidentinin 2005-ci ildə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsi məqsədi ilə 2007-2010-cu illəri əhatə dövlət proqramı təsdiqlənib. Azərbaycanda 2003-2007-ci illər ərzində 650 minə yaxın iş yeri açılıb ki, onun da 458 mini daimidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR