Gəncədə daşınmaz əmlak bahalaşıb

Gəncədə daşınmaz əmlak bahalaşıb
# 16 sentyabr 2008 13:27 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncənin daşınmaz əmlak bazarında sürətli qiymət artımı müşahidə olunur. APA-nın qərb bürosunun məlumatına görə, artım daha çox şəhərin mərkəzində yerləşən evlərin və mənzillərin qiymətində baş verib. Ötən ilə nisbətən mənzillər 34%, həyət evləri 15-20%, torpaq sahələri isə 30-40% bahalaşıb. Şəhərin mərkəzində üçotaqlı mənzilin qiyməti mərtəbəsindən və şəraitindən asılı olaraq 80-95 min dollar arasında dəyişir. Mərkəzdə torpaq sahəsinin sotu isə 8-10 min manatdır. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan mütəxəssislər bildiriblər ki, Gəncədə evlərin qiymətinin sürətlə qalxması alıcılıq qabiliyyətini azaldıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR