Azərbaycan Gənclərinin V Forumu keçiriləcək

Azərbaycan Gənclərinin V Forumu keçiriləcək
# 17 sentyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Oktyabrın 3-də Azərbaycan Gənclərinin V Forumu keçiriləcək. Forum “Azərbaycan Gəncliyi Dövlət Proqramı “2005-2009-cu illər” çərçivəsində həyata baş tutacaq. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 2000-ə yaxın seçilmiş nümayəndənin iştirak edəcəyi forumda görülən işlərin hesabatı dinləniləcək, yaradıcı və istedadlı gənclərin problemləri, gənclərin təhsili, asudə vaxtının təşkili, sosial qayğıları ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Gənclərinin Forumu 1996-cı ildən başlayaraq, hər 3 ildən bir keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR