Bu gün Azərbaycanda növbəti regional əmək yarmarkası keçirilib

Bu gün Azərbaycanda növbəti regional əmək yarmarkası keçirilib
# 18 sentyabr 2008 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu gün Ağcabədi rayonunda əmək yarmarkası keçirib.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, yarmarkada 37 müəssisə 195 vakant iş yeri təqdim edib. Yarmarkada 161 işaxtaran münasib işlərə göndəriş alıb.
Ümumilikdə isə, bu il respublikanın 49 şəhər və rayonunda 50 yarmarka keçirilib. Bu yarmarkalarda 1 736 müəssisə 15 793 boş iş yeri təqdim edib. Yarmarkalarda 4699 nəfər münasib işlərə göndəriş alıb, 381 nəfər peşə hazırlığı, 305 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyd edək ki, növbəti yarmarkalar sentyabrın 19-da İsmayıllı və Ağsu, 25-də Ağdaş rayonunda, 26-da isə Mingəçevir şəhərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR